Dünya

Xamenei: ABŞ seçkiləri İrana qarşı siyasəti dəyişməyəcək

04 Nov 2026, 18:30 2 baxış Admin
Xamenei: ABŞ seçkiləri İrana qarşı siyasəti dəyişməyəcək

ABŞ-də keçirilən ara seçkilərin nəticələri Vaşinqtonun İrana qarşı siyasətinə təsir etməyəcək.

News24.az xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xamenei 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinə hücumun ildönümü ilə bağlı yaydığı bəyanatda bildirib.

Xamenei bildirib ki, ABŞ-yə güzəştə getmək İranın müharibədə verdiyi itkiləri mənasız edə bilər. Onun sözlərinə görə, bu, Vaşinqtonu yeni tələblər irəli sürməyə və hücumlara həvəsləndirə bilər.

İran lideri ABŞ Prezidenti Donald Trampın Respublikaçılar Partiyasının ara seçkilərdəki nəticələrinin də Vaşinqtonun siyasətini dəyişməyəcəyini vurğulayıb.

Xamenei həmçinin bildirib ki, İrana qarşı hücumlar təkrarlanarsa, ölkəsinin cavabı daha genişmiqyaslı olacaq. O, İranın regionda dəstəklədiyi silahlı qrupların mövqeyini də yüksək qiymətləndirib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər