Dünya

Məkkəyə dron hücumu olub?

03 Nov 2026, 17:16 1 baxış Admin
Məkkəyə dron hücumu olub?

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri ölkənin Məkkə inzibati rayonu üzərində dron ələ keçirdiklərini elan ediblər.
“Bakupost” xəbər verir ki, bu barədə koalisiyanın nümayəndəsi general-mayor Türki əl-Maliki “X”də məlumat yayıb.
“Hava hücumundan müdafiə qüvvələri Məkkə rayonunda pilotsuz uçuş aparatı (PUA) ələ keçiriblər”, - paylaşımda deyilir.
Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) isə müqəddəs şəhərə doğru PUA buraxdıqları ilə bağlı xəbərləri rədd edib. Hərəkatın sözçüsü Yəhya Saria noyabrın 3-ü Səudiyyə Ərəbistanına zərbə endirmədiklərini bəyan edib. O, koalisiyanın bəyanatını “ağ yalan” adlandırıb.
Qeyd edək ki, koalisiya qüvvələri daha əvvəl də husiləri müsəlmanlar üçün müqəddəs olan Məkkə və Mədinə şəhərlərinə zərbə endirmək cəhdində ittiham ediblər. İslam dininə etiqad edən husilər isə bu iddiaları qətiyyətlə rədd ediblər.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər