Dünya

Qarabağ kompensasiyası, yeni konstitusiya və iddiaların ləğvi: Sülh paketinin pərdəarxası

03 Nov 2026, 17:25 1 baxış Admin
Qarabağ kompensasiyası, yeni konstitusiya və iddiaların ləğvi: Sülh paketinin pərdəarxası

Ermənistan və Azərbaycan sülh müqaviləsini imzalandıqdan sonra beynəlxalq təşkilatlarda bir-birinə qarşı irəli sürdükləri iddiaları geri götürə bilər.
"Bakupost" xəbər verir ki, bunu Ermənistan Baş nazirinin Aparat rəhbəri Lilit Makunts müxalifətçi deputat Ruben Mxitaryanın sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Ermənistanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi, eləcə də baş nazir hesab edirlər ki, Ermənistanla Azərbaycan arasında sülh prosesinin məntiqinə uyğun olaraq, qarşılıqlı iddialardan imtina ilə bağlı qərar qəbul edilə bilər.Ermənistan baş nazirinin Aparat rəhbərinin bu bəyanatı nə deməkdir?
Siyasi şərhçi Mehman Əliyev “Bakupost”a bildirib ki, sözügedən məsələ artıq razılaşdırılıb: “Ermənilər beynəlxalq təşkilatlarda Qarabağı könüllü tərk edənlərin əmlak və digər məsələlərini ortaya qoya bilərlər. Amma belə yanaşma fonunda da Azərbaycan tərəfdən yük daha böyükdür. İşğal dövründə Azərbaycana dəyən ziyan hesablamalara görə hardasa 50 milyard dollardır. Yəni tərəziyə qoysaq ötən müddətdə ölkəmizə dəyən ziyan ermənilərə dəyənlə müqayisədə 10 dəfədən də artıqdır. Fikrimcə, proses artıq razılaşdırılıb və onun əsasında da belə bir qərar veriləcək”.
Müsahibimizin fikrincə, Paşinyanın Aparat rəhbəri həmin açıqlama ilə indidən erməni cəmiyyətinə çatdırır ki, belə bir addıma gedəcəklər:
“Bununla da bildirirlər ki, ona getməsələr Azərbaycan tərəfinin məsələnin üstünə gedilməsilə Ermənistan çökə bilər. Çünki Ermənistan 50 milyard dolları ödəmək gücündə deyil. Ona görə də Paşinyanın Aparat rəhbərinin açıqlaması daha çox erməni icmasına hesablanmış fikirlərdir. Bununla demək istəyirlər ki, Azərbaycan həmin məsələdə güzəştə getməyə hazırdır, əgər İrəvan yeni konstitusiyanı qəbul etsə. Ona görə də sözügedən məsələdə hər iki tərəfin geri çəkiləcəyi və bununla da məsələnin bitəcəyi realdır”.
Rüfət Sultan,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər