Belçikada kiberhücumla bağlı araşdırma başlandı
03 Nov 2026, 16:27
2 baxış
Admin
Belçika Federal Prokurorluğu supermarketlərin soyuducu sistemlərinə edilən kiberhücumlarla bağlı araşdırmaya başlayıb.
News24.az xəbər verir ki, hücum nəticəsində bir neçə supermarket şəbəkəsinin soyuducu və dondurucu bölmələrində temperatur qəfil yüksəlib.
Prokurorluq istintaqın başladığını təsdiqləsə də, əlavə məlumat verməyib.
Oxşar hücumların Lüksemburq, İsveç, Estoniya, İrlandiya, Niderland və Finlandiyada da baş verdiyi bildirilir.
Mənbə:
news24.az