Rusiyada ayıların insanlara hücumu davam edir - Ölən var
03 Nov 2026, 13:42
1 baxış
Admin
Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinində ayı yerli sakinə hücum edərək onu öldürüb.
News24.az xəbər verir ki, daha sonra ayının yeri müəyyən edilərək zərərsizləşdirilib.
Hadisə ilə bağlı regional İstintaq Komitəsi tərəfindən araşdırma aparılır. İnsidentin başvermə şəraiti müəyyənləşdirilir.
Mütəxəssislər Yamalo-Nenets Muxtar Dairəsində ayıların fəallığının yüksək olaraq qaldığını bildirərək sakinləri meşəlik ərazilərə getməməyə çağırıblar.
Ayı ilə qarşılaşan şəxslərə isə bu barədə dərhal fövqəladə xidmətlərə məlumat vermək tövsiyə olunub.
Mənbə:
news24.az