İran bu dəfə Avropa ölkələrini təhdid etdi: "Raketlərimiz..."
03 Nov 2026, 14:15
1 baxış
Admin
İran parlamentinin deputatı, ölkənin keçmiş xarici işlər naziri Mənuçöhr Möttəki Avropanı Tehrana qarşı müharibədə iştirak etməməyə çağırıb və xəbərdarlıq edib.
News24.az xəbər verir ki, deputat İngiltərə, Almaniya, İtaliya və Portuqaliya kimi Qərb ölkələrini İrana qarşı hərbi əməliyyatlar həyata keçirən ABŞ qırıcılarına hərbi bazalarını təqdim etməkdə ittiham edib.
"“Əlbəttə, son günlər müzakirə olunan, regiondan kənara da nəzər salsaq, bizə qarşı istifadə edilən ərazilər sırasında Avropa da var”, - deyə Möttəki vurğulayıb.
O, ABŞ-yə yardım edən ölkələrdən İran xalqından üzr istəmələrini tələb edib və Tehranın raketlərinin Avropaya da çata biləcəyini qeyd edib.
Mənbə:
news24.az