Türkiyədə ağır qəza: 45 nəfər yaralandı
03 Nov 2026, 12:04
2 baxış
Admin
Türkiyənin Konya vilayətində şəhərlərarası sərnişin avtobusu xəndəyə aşıb.
"Bakupost" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, İsparta-Bəyşehir avtomobil yolunda baş verən hadisə nəticəsində 45 nəfər xəsarət alıb.
Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
Faktla bağlı araşdırmalar aparılır.
Mənbə:
bakupost.az