Bakıda avtomobil gözəllik salonuna girdi - Foto
02 Nov 2026, 15:48
1 baxış
Admin
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında 2 avtomobil toqquşub.
Nəticədə, idarəetmədən çıxan “Toyota Aqua” markalı avtomobil yolun kənarında yerləşən gözəllik mərkəzinə çırpılıb.
Avtomobilə və obyektə ziyan dəyib.
Araşdırma aparılır.
Mənbə:
news24.az