Tramp Vyetnam müharibəsini bir həftəyə qazana biləcəyini açıqladı
ABŞ Prezidenti Donald Tramp Vyetnam müharibəsini cəmi bir həftə ərzində qazana biləcəyini bildirib.
News24.az xəbər verir ki, Tramp bu fikirləri Ayova ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı səsləndirib.
“Bilirsiniz, mən Vyetnam müharibəsini bir həftəyə qazana bilərdim”, – deyə ABŞ lideri bildirib.
Tramp çıxışında Amerika qoşunlarının müharibə zamanı istifadə etdiyi, yüksək zəhərli defoliant “Agent Orange”a da toxunub. O, həmin maddənin meşələrə səpilməsini xatırladaraq, bunun əvəzinə “Ho Şi Min şəhərinin və digər yerlərin hədəfə alınmalı olduğunu” söyləyib.
Qeyd edək ki, müharibə dövründə Sayqon adlanan, hazırda Ho Şi Min şəhəri kimi tanınan məkan ABŞ-ın dəstəklədiyi Cənubi Vyetnam qüvvələrinin əsas mərkəzlərindən biri olub.