Dünya

Kallas: Britaniyanın Aİ-yə qayıdışı ilə bağlı danışıqlar asan olmayacaq

02 Nov 2026, 17:52 1 baxış Admin
Kallas: Britaniyanın Aİ-yə qayıdışı ilə bağlı danışıqlar asan olmayacaq

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Böyük Britaniyanın quruma yenidən üzv olması ilə bağlı danışıqların çətin keçəcəyini bildirib.

News24.az-ın məlumatına görə, Kallas bu açıqlamanı Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq ilə Aİ-Böyük Britaniya Müdafiə və Təhlükəsizlik Dialoqu görüşündən əvvəl verib.

O qeyd edib ki, Brexit prosesi Aİ-də bir çox insanı məyus edib və mənfi təsir göstərib. Buna görə də danışıqlar asan olmayacaq.

O, Aİ ölkələrinin Britaniyanın müdafiə sənayesi ilə əməkdaşlıqdan faydalandığını da vurğulayıb. Bununla yanaşı, Böyük Britaniyanın Avropa Təhlükəsizlik Fəaliyyətində (SAFE) iştirakı ilə bağlı hələ razılıq əldə olunmayıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər