Kriminal

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən əcnəbi tələbə ilə bağlı yeni qərar - Foto

02 Nov 2026, 12:00 1 baxış Admin
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən əcnəbi tələbə ilə bağlı yeni qərar - Foto

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı Ardeşir Seyfpur Saad Abadinin həbs müddəti uzadılıb.

News24.az xəbər verir ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsinə təqdimat daxil olub. Məhkəmə istintaq orqanının təqdimatı təmin olunub, Ardeşir Seyfpur Saad Abadin barəsində seçilmiş həbs qətimkan tədbiri 20 gün müddətinə uzadılıb.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Əməli törədən şəxslərin 2009-cu ildə Bakıda anadan olmuş, "Landau School"un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər Taleh qızı, 2010-cu ildə Bakıda anadan olmuş, "Landau School"un 10-cu sinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakıda anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə Farid qızı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadi olduğu müəyyənləşib.

Ardeshir Seyfpour Saad Abadiyə Cinayət Məcəlləsinin 246.4.3-cü ( Mədəni sərvətləri qəsdən korlama və ya məhv etmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib./APA/

Content Image
Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər