Kriminal

Ceyranbatan su anbarından meyit tapıldı

02 Nov 2026, 10:56 1 baxış Admin
Ceyranbatan su anbarından meyit tapıldı

Abşeron rayonu ərazisində yerləşən Ceyranbatan su anbarından meyit tapılıb.

News24.az xəbər verir ki, hadisə oktyabrın 30-u saat 19 radələrində anbarın Saray qəsəbəsi istiqamətindəki hissəsində qeydə alınıb.

Ölən şəxsin Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini 1959-cu il təvəllüdlü Ramazanov Mahir Tofiq oğlu olması müəyyən edilib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

M.Ramazanovun hansı səbəbdən su anbarına düşməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər