İstilik mövsümünə daha tez başlanılan rayonların sayı artırıldı - SİYAHI
Nazirlər Kabinetinin 2026-cı il 4 may tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən iqlim şəraiti fərqli olan 26 rayon və şəhərdə istilik mövsümünün noyabrın 1-dən, Bakıda və digər ərazilərdə isə noyabrın 15-dən başlanması nəzərdə tutulub.
News24.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsi zamanı "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev deyib.
1 noyabr - 1 may tarixlərində istilik verilməsi nəzərdə tutulan ərazilərin siyahısı:
1. Ağsu rayonu
2. Ağstafa rayonu
3. Balakən rayonu
4. Daşkəsən rayonu
5. Gədəbəy rayonu
6. Xaçmaz rayonu
7. Xankəndi şəhəri
8. İsmayıllı rayonu
9. Kəlbəcər rayonu
10. Qax rayonu
11. Qazax rayonu
12. Qəbələ rayonu
13. Quba rayonu
14. Qusar rayonu
15. Laçın rayonu
16. Lerik rayonu
17. Naxçıvan Muxtar Respublikası
18. Oğuz rayonu
19. Siyəzən rayonu
20. Şamaxı rayonu
21. Şabran rayonu
22. Şəki şəhəri
23. Şuşa rayonu
24. Tovuz rayonu
25. Yardımlı rayonu
26. Zaqatala rayonu
Xatırladaq ki, əvvəlki illərdə 9 rayonda noyabrın 1-dən istilik verilirdi.