Uzunömürlülüyün sirri açıqlandı: Bu sadə vərdiş ömrü uzada bilər
“Blue Zones” üzrə araşdırmaları ilə tanınan tədqiqatçı Den Byuttner uzunömürlülüyə töhfə verən sadə vərdişdən danışıb.
News24.az xəbər verir ki, onun fikirləri “Terra” nəşrində dərc olunub.
Byuttnerin sözlərinə görə, uzunömürlü insanların əksəriyyəti sağlam həyat tərzi sürmək üçün xüsusi səy göstərmir, sadəcə gündəlik həyatlarında daha çox hərəkət edirlər.
Tədqiqatçı qeyd edib ki, bu insanlar idman zalına getmək əvəzinə açıq havada gəzir, bağçılıqla məşğul olur və gündəlik işləri zamanı fiziki aktivlik nümayiş etdirirlər. Beləliklə, onlar fərqinə varmadan gün ərzində 10-12 min addım ata bilirlər.
Byuttner vurğulayıb ki, “mavi zonalar”da insanların yaşadığı mühitdə hərəkətliliyi təşviq edir. Bağçılıq isə bu baxımdan xüsusilə faydalıdır.
“Bağçılıq torpaqla incə bir rəqsdir: əyilmək, dartınmaq və bitkilər əkmək bədənə hərəkətlilik qazandırır, insanın isə daha sakitləşməsinə kömək edir”, – deyə tədqiqatçı bildirib.
Onun fikrincə, açıq havada görülən bu cür gündəlik işlər ürəyi möhkəmləndirir və zehni sakitləşdirir. Byuttner hesab edir ki, uzunömürlülük üçün əsas amillərdən biri fiziki aktivliyin gündəlik həyatın təbii hissəsinə çevrilməsidir.