Dünya

Yer üzündə həyat necə yaranıb? - YENİ VERSİYA

02 Nov 2026, 14:29 2 baxış Admin
Yer üzündə həyat necə yaranıb? - YENİ VERSİYA

“Kembric Universitet”nin araşdırması Yer üzündə həyatın əsasını təşkil edən üzvi molekulların kometlərlə (səma cismi) planetimizə daşınması ehtimalını zəiflədir.
“Bakupost” xəbər verir ki, alimlər kompüterdə 100 min simulyasiya apararaq kometlərin tərkibindəki hidrogen sianidin Yerə təhlükəsiz şəkildə çatıb-çata bilməyəcəyini araşdırıblar.
Nəticələrə görə, simulyasiyaların 54 faizində kometlər üzvi maddələri Yer səthinə çatdıra bilməyib. Toqquşma zamanı yaranan yüksək temperatur molekulları məhv edə, okeana düşən kometlər isə həmin maddələri həddindən artıq durulda bilər.
Araşdırma müəllifləri həyatın yaranmasında asteroid toqquşmaları nəticəsində baş verən kimyəvi reaksiyaların və Yerin daxili proseslərinin rolunu da mümkün hesab edirlər.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər