Dünya

ABŞ diplomatlarını bu ölkələrdən çıxarır

25 Oct 2026, 00:54 1 baxış Admin
ABŞ diplomatlarını bu ölkələrdən çıxarır

ABŞ regionda vəziyyətin gərginləşməsi təhlükəsi fonunda Yaxın Şərq ölkələrindən bəzi diplomatik missiya işçilərinin və onların ailələrinin geri qayıtmasını təcili olaraq təşkil edir.

News24.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, ABŞ Dövlət katibi Marko Rubioya ünvanlanan 23 oktyabr tarixli memorandumda ABŞ kəşfiyyatının İranın imkanlarının əhəmiyyətli dərəcədə gücləndiyini sənədləşdirdiyi bildirilir.

Telekanal qeyd edir ki, diplomatik xidmət işçiləri təxliyənin xaoslu təşkilindən və qeyri-kafi maliyyə dəstəyindən şikayətlənirlər.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər