Böyük Britaniya hökuməti əhaliyə xəbərdarlıq etdi
Böyük Britaniya hökuməti əhalini mümkün fövqəladə hallara hazır olmağa çağırıb.
News24.az xəbər verir ki, “Be Ready” (“Hazır olun”) kampaniyası çərçivəsində vətəndaşlara ən azı 72 saat ərzində əsas ehtiyaclarını qarşılamaq üçün zəruri ehtiyatlar toplamaq tövsiyə edilir.
Tövsiyələrə içməli su, uzun müddət xarab olmayan ərzaq məhsulları, nağd pul, ilkin tibbi yardım çantası, zəruri dərmanlar, fənər, ehtiyat batareyalar, batareya ilə işləyən radio və enerji yığan cihazlar daxildir.
Həmçinin elektrik enerjisinin kəsilməsi ehtimalına qarşı soyuducuda saxlanılması və bişirilməsi tələb olunmayan qidaların ehtiyatda saxlanılması tövsiyə edilir. İsti geyimlər və digər zəruri məişət vasitələrinin də hazır olması məsləhət görülür.
Bu tədbirlərin məqsədi mümkün fövqəladə vəziyyətlər zamanı əhalinin bir neçə gün ərzində əsas ehtiyaclarını müstəqil şəkildə qarşılaya bilməsini təmin etməkdir.
Qeyd edək ki, belə tövsiyələr fövqəladə hava şəraiti, elektrik və su təchizatında fasilələr, kiberhücumlar və digər böhran vəziyyətləri ilə bağlı hazırlıq tədbirlərini əhatə edir. Kampaniya konkret tarixdə fəlakətin baş verəcəyini və ya bank sisteminin çökəcəyini təsdiqləmir.