“Sarıgül” istintaqı: Tanınmış iş adamı saxlanıldı
24 Oct 2026, 16:13
1 baxış
Admin
Türkiyədə "Altınbaş Holdinq"in İdarə Heyətinin sədri Sofu Altınbaş və "Titanik" otelin İdarə Heyəti sədrinin müavini Temel Aygün, Mustafa Sarıgülün ailəsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıblar.
"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, 14 nəfər barəsində həbs qərarı çıxarılıb və onlardan 12-si artıq saxlanılıb.
Qeyd edək ki, “Sarıgül” istintaqı Türkiyədə “Yeni Partiya”nın Ərzincan millət vəkili Mustafa Sarıgülün ailə üzvləri, yaxın ətrafı və bəzi tanınmış şəxsləri hədəf alan “çirkli pulların yuyulması” və "hədə-qorxu" iddiaları ilə başladılan genişmiqyaslı hüquqi təhqiqatdır.
Mənbə:
bakupost.az