Pişiyi xilas etmək istəyirdi, canından oldu
24 Oct 2026, 13:49
2 baxış
Admin
Türkiyədə köməksiz vəziyyətdə qalan pişiyi xilas etmək istəyən 45 yaşlı müəllim həyatını itirib.
"Bakupost" Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə Bursa Vilayətinin Osmangazi rayonunda qeydə alınıb.
Belə ki, müəllim Şahin T. pişik balasını xilas etmək istəyərkən 3-cü mərtəbənin eyvanındakı dəmir məhəccər qırılıb. Nəticədə o yerə çırpılıb.
Müəllim dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Mənbə:
bakupost.az