Appendisitlə bağlı məşhur mif yalan imiş
23 Oct 2026, 12:29
3 baxış
Admin
Günəbaxan tumlarının qabığı appendisitə səbəb olmur.
News24.az xəbər verir ki, bu barədə rusiyalı cərrah Dionisiy Petrov açıqlama edib.
Həkim günəbaxan tumlarının qabığının appendisitə səbəb olması ilə bağlı yayılan fikirlərin elmi sübutlarla təsdiqlənmədiyini bildirib.
Mütəxəssisin sözlərinə görə, appendisit appendiksin mənfəzinin tutulması da daxil olmaqla müxtəlif səbəblərdən yarana bilər. Lakin tum yeməklə bu xəstəliyin inkişafı arasında birbaşa əlaqə sübut olunmayıb.
Həkim qeyd edib ki, qaçış, tullanma və ağır əşyaların qaldırılmasının da appendisitə səbəb olduğuna dair elmi sübut yoxdur.
Mənbə:
news24.az