Digər

Meyvə və tərəvəzlər bu xəstəlikdə dərman müalicəsini ÜSTƏLƏDİ

24 Oct 2026, 01:11 1 baxış Admin
Meyvə və tərəvəzlər bu xəstəlikdə dərman müalicəsini ÜSTƏLƏDİ

Müəyyən miqdarda meyvə və tərəvəz istehlakının xroniki böyrək xəstəliyinin ağırlaşma riskini azaltmaq baxımından standart dərman müalicəsindən daha effektiv olduğu müəyyən edilib.
News24.az xəbər verir ki, amerikalı alimlər bu qənaətə Amerika Nefrologiya Cəmiyyətinin ASN Kidney Week 2026 konfransında təqdim olunan araşdırma nəticəsində gəliblər.

Klinik tədqiqatda xroniki böyrək xəstəliyinin üçüncü mərhələsindən və metabolik asidozdan əziyyət çəkən 108 yetkin şəxs iştirak edib. Metabolik asidoz orqanizmdə turşuların həddindən artıq toplanması ilə xarakterizə olunan vəziyyətdir.


Pasiyentlərin vəziyyəti 10 il ərzində izlənilib. Nəticələr göstərib ki, meyvə-tərəvəz qəbulu qrupunda xəstəxanaya yerləşdirilmə halları 14, standart müalicə qrupunda isə bu say 64 olub.



Təcili tibbi yardım şöbələrinə müraciətlərin sayı müvafiq olaraq 20 və 88 təşkil edib.
Bundan əlavə, meyvə və tərəvəz qəbul edən qrupda yalnız 4 pasiyentə dializə ehtiyac yaranıb.

Standart müalicə qrupunda isə bu göstərici 16 nəfər olub. Natrium bikarbonat qəbul edən qrupda isə bu göstəricilər üzrə standart tibbi yardımla müqayisədə əhəmiyyətli üstünlük qeydə alınmayıb.

Tədqiqat müəlliflərinin fikrincə, düzgün seçilmiş qidalanma rejimi müalicə xərclərini artırmadan xroniki böyrək xəstəliyinin ağırlaşma riskini azaltmağa kömək edə bilər.

Qeyd edək ki, daha əvvəl alimlər bitki mənşəli qidalanmanın qaraciyərdə yağ toplanmasını 33 faiz azalda biləcəyini müəyyən etmişdilər.

Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər