Gəncədə məktəbin pəncərəsində qeyri-adi quş göründü
23 Oct 2026, 16:16
1 baxış
Admin
Gəncədə məktəblərdən birinin pəncərəsi önünə qonan qeyri-adi quş diqqət çəkib.
"Bakupost" xəbər verir ki, görüntüləri Leyla Cəfər adlı müəllimə paylaşıb.
O bildirib ki, tənəffüs zamanı şagirdlərindən biri pəncərənin önündə maraqlı bir quş gördüyünü deyərək digərlərini də ora çağırıb.
Görüntülər sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. İzləyicilər quşun hansı növə aid olduğu ilə maraqlanıblar. Onların bir çoxu quşun danquşu olduğunu ehtimal edib.
Qeyd edək ki, danquşu əsasən qamışlıqlarda və bataqlıq ərazilərdə yaşayır. Balıq, qurbağa və həşəratlarla qidalanan bu quşun qəhvəyi zolaqlı lələkləri qamışların arasında gizlənməsinə kömək edir. Təhlükə hiss etdikdə boynunu uzadaraq dimdiyini yuxarı qaldırır və hərəkətsiz dayanır.
Lalə, BakuPost
Mənbə:
bakupost.az