Dünya

Türkiyədə daha bir bələdiyyədə əməliyyat - Çox sayda saxlanılan var

07 Oct 2026, 13:03 19 baxış Admin
Türkiyədə daha bir bələdiyyədə əməliyyat - Çox sayda saxlanılan var

İstanbulda Esenyurt Bələdiyyəsində bəzi tenderlərə müdaxilə edilməsi və podratçılardan rüşvət alınması iddiaları ilə bağlı araşdırma çərçivəsində əməliyyat keçirilib.

News24.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində 19 şübhəli barəsində saxlanılma qərarı verilib.

Polis əməliyyatı zamanı onlardan 17-si saxlanılıb.

Ünvanlarında olmayan digər iki şübhəlinin axtarışı davam etdirilir.

Baş Prokurorluqdan bildirilib ki, araşdırma davam etdirilir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər