Zaur Rzayevin vəziyyəti
23 Oct 2026, 13:41
1 baxış
Admin
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır.
"Bakupost" xəbər verir ki, bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Neftçilər Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 74 yaşlı sənətçinin vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, Z.Rzayevə qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları qoyulub.
Mənbə:
bakupost.az