Bu şəxslərin gəlirindən vergi tutulacaq
07 Oct 2026, 12:32
17 baxış
Admin
Azərbaycanda daha bir sahədən əldə olunan gəlirlər vergiyə cəlb edilir.
Layihəyə əsasən, özəl məhkəmə eksperti gəlirləri vergiyə cəlb ediləcək. Məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyekti hesab ediləcək. Həmin gəlirdən 10 faiz dərəcə ilə vergi tutulacaq.
Xatırladaq ki, dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin oktyabrın 7-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Mənbə:
bakupost.az