Dünya

Konqo Demokratik Respublikasında Ebola epidemiyasının pik həddi keçdi

03 Oct 2026, 23:50 15 baxış Admin
Konqo Demokratik Respublikasında Ebola epidemiyasının pik həddi keçdi

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasının yayılmasının pik həddi keçib.

News24.az xəbər verir ki, bunu KDR-nin səhiyyə naziri Samuel Roje Kamba ölkənin paytaxtı Kinşasada keçirilən mətbuat konfransında bildirib.

“Epidemiyanın pik həddi artıq geridə qalıb. Epidemiya artıq nəzarətimizdən çıxmır. Əvvəllər biz yalnız onun gedişatını izləyirdiksə, indi qabaqlayıcı tədbirlər görürük”, – deyə o bildirib.

Səhiyyə nazirinin sözlərinə görə, Ebola xəstələrinin aşkarlandığı 63 tibbi zonadan 19-da ən azı üç həftədir ki, yeni yoluxma halları qeydə alınmır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər