İoanna Kuçuradi vəfat etdi
03 Oct 2026, 23:02
20 baxış
Admin
Türkiyənin tanınmış filosofu, professor İoanna Kuçuradi vəfat edib.
News24.az xəbər verir ki, filosof 89 yaşında, müalicə aldığı Maltepe Universitetinin Tibb fakültəsinin Təhsil və Araşdırma Xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, İoanna Kuçuradi ilə vida mərasimi oktyabrın 4-də Maltepe Universitetində keçiriləcək. Filosof həmin gün Şişli Rum Pravoslav qəbiristanlığında dəfn ediləcək.
Mənbə:
news24.az