“Sabah”ın müdafiəçisi millinin heyətindən çıxarıldı
03 Oct 2026, 00:00
22 baxış
Admin
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
News24.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Sabah”ın müdafiəçisi Həzrət Səmədov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb.
Qeyd edək ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 3-də Moldova, 6-da isə Yaponiya yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Mənbə:
news24.az