Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
02 Oct 2026, 15:11
21 baxış
Admin
Bakıda kişi faciəvi şəkildə ölüb.
"Bakupost" xəbər verir ki, hadisə Yasamal rayonu, H.B.Zərdabi prospektində qeydə alınıb.
67 yaşlı Ceyhun Kamal oğlu Ağamaliyev binanın dəhlizində halı pisləşərək, pilləkənlərdən yıxılıb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.
Mənbə:
bakupost.az