Bu gün Azərbaycan millisi növbəti 2 matçını keçirəcək
25 Oct 2026, 10:12
2 baxış
Admin
Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.
News24.az xəbər verir ki, bu gün Azərbaycan millisi növbəti 2 matçını keçirəcək.
Yığma saat 12:45-də Andorra ilə qarşılaşacaq. Komanda günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gələcək. Görüş saat 19:30-da başlayacaq.
Hər iki oyun Hövsan Yarış Kompleksində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib.
Mənbə:
news24.az