Beyləqanda AĞIR QƏZA: ölən var
02 Oct 2026, 09:47
13 baxış
Admin
Beyləqanda ölümlə nəticələnən yol qəzası olub.
News24.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 130-cu kilometrliyində qeydə alınıb.
Qurbanov Mənaf Yaqub oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Abdullayev Aqşin Vilayət oğlunun idarə etdiyi “Mercedes E class” markalı avtomobil toqquşub. Nəticədə M. Qurbanov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb./Lent.az
Mənbə:
news24.az