Cəmiyyət

3 ilə minlərlə yeni iş yeri: Dağ-mədən sənayesində inqilabi dövr başlayır

24 Sep 2026, 13:20 2 baxış Admin
3 ilə minlərlə yeni iş yeri: Dağ-mədən sənayesində inqilabi dövr başlayır

Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Proqramda dağ-mədən və metallurgiya sənayesinin inkişafı, sektorun iqtisadiyyatda rolunun artırılması, investisiyaların cəlb edilməsi, ixrac potensialının genişləndirilməsi və yeni iş yerlərinin yaradılması ilə bağlı bir neçə vacib hədəflər müəyyənləşib.
İqtisadçı Xalid Kərimli “Bakupost”a bildirib ki, Azərbaycanın dağ-mədən sənayesinin əsas potensialının formalaşdığı Qarabağ və Şərqi Zəngəzurun uzun müddət erməni işğalı altında qalması həm ölkəmizin sərvətlərinin talanmasına yol açıb, həm də dövlətimizin bu resurslardan istifadəsinə xeyli müddət maneə olub:

“Nəticədə bu resursları ölkə iqtisadiyyatına cəlb etmək mümkünsüz olub”.
Ekspert qeyd edir ki, bu istiqamətdə qəbul edilən dövlət proqramı dağ-mədən və metallurgiya sənayesinin inkişafında mühüm rol oynayacaq:
“Proqrama əsasən yaxın 3 ildə bu sahəyə 5,3 milyard manat vəsait qoyuluşu nəzərdə tutulur. Onun da 1,1 milyard manatı dövlət büdcəsi, qalan hissəsi isə dövlət müəssisələri və özəl sektordan cəlb ediləcək kredit və borc vəsaitləri hesabına təmin ediləcək. 3 il ərzində təxminən 15-20 min kvadratkilometr ərazidə axtarış, tədqiqat, istismar işləri həyata keçiriləcək. Minlərlə davamlı, dayanıqlı, yüksək əmək haqlı iş yerləri açılacaq”.
X.Kərimli hesab edir ki, proqram uğurla nəticələnəcəyi halda, bu istiqamətdə ixracatın 2,6 dəfə artacağı gözlənilir: “Bunun özü də qeyri-neft ixracının artımı baxımından böyük əhəmiyyət kəsb edəcək. Ölkəyə alternativ valyuta daxil olma kanalı genişlənəcək. Proses əhalinin rifah halının yaxşılaşmasına da müsbət töhfə verəcək”.
Rüfət Sultan,BakuPost
Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər