Cəmiyyət

Bağlanan institutun tələbələri hara köçürüləcək?

24 Sep 2026, 14:03 3 baxış Admin
Bağlanan institutun tələbələri hara köçürüləcək?

Naxçıvan Müəllimlər İnstitutunun tələbələri təhsillərini Naxçıvan Dövlət Universitetində davam etdirəcəklər.
"Bakupost" Report-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev deyib.
Onun sözlərinə görə, Naxçıvan Müəllimlər İnstitutunun NDU-ya birləşdirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyində müəyyən prosedurların həyata keçirilməsi üçün müvafiq komissiya yaradılıb:
"Naxçıvan Müəllimlər İnstitutunun tələbələri və müəllimlərinin taleyi ilə bağlı heç bir sual yoxdur. Oradakı ixtisasların hamısı NDU-da tədris olunur. Tələbələr öz ixtisasları üzrə təhsillərini davam etdirəcəklər və NDU-nun diplomunu alacaqlar".
Rektor bildirib ki, yaxın günlərdə komissiyanın fəaliyyətinə dair məlumatlar mətbuata açıqlanacaq.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər