Cəmiyyət

"Dubl-Bom"un aparıcısı, aktyor Toğrul Rza

24 Sep 2026, 11:20 2 baxış Admin
"Dubl-Bom"un aparıcısı, aktyor Toğrul Rza

“Dubl-Bom” verilişinin aparıcısı, aktyor Toğrul Rzanın illər sonrakı halı maraqla qarşılanıb.
“Bakupost” xəbər verir ki, o, ASAN TV-yə müsahibəsində keçmiş illərlə bağlı maraqlı xatirələrini bölüşüb.
“Hətta bir dəfə mənim şəklimi avtobusda yatmış formada çəkib göndərmişdilər. Yazmışdılar ki, “Görüm, indi bunu da göstərəcəksən?” Mən də göstərdim.Əgər o vaxt TikTok olsaydı, sosial media indiki kimi inkişaf etsəydi, bəlkə də heç o vaxt “Dubl-Bom” bu qədər sevilməyəcəkdi".
Toğrul Rza bildirib ki, çox vaxt onu Mikayıl Müşfiqə bənzədirlər:
"Eyyub Yaqubovun “Yenə o bağ olaydı” klipində Mikayıl Müşfiqin rolunu oynayandan sonra, demək olar ki, Mikayıl Müşfiqlə bağlı nə qədər tədbir olursa, məni dəvət edirlər. Şükürlər olsun ki, saçım yerindədir. Yaşım artsa da, hələ də görkəmim imkan verir ki, Mikayıl Müşfiq obrazını oynayım”.
Lalə, BakuPost

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər