Cəmiyyət

“Azəriqaz” rəhbərliyi Xankəndidə vətəndaşları qəbul edəcək

22 Sep 2026, 17:21 3 baxış Admin
“Azəriqaz” rəhbərliyi Xankəndidə vətəndaşları qəbul edəcək

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədovun növbəti vətəndaş qəbulu sentyabrın 25-də saat 11:00-da Xankəndi şəhərində (Zona 1, bina 3 - Abadlaşdırma və Kommunal Xidmətlər Departamentinin yerləşdiyi bina) keçiriləcək.
Qurumun Mətbuat xidmətindən "Bakupost"a verilən məlumata görə, görüşdə Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Qarabağ Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-844-40-19; 055-227-24-33) müraciət edə bilərlər.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər