Milyonlarla istifadəçiyə pis xəbər: Abunə qiymətləri bahalaşdı
24 Sep 2026, 11:57
2 baxış
Admin
“Disney+” və “Hulu” platformalarında bəzi abunə paketlərinin qiyməti artırılıb.
News24.az xəbər verir ki, reklamsız “Disney+” və “Hulu” paketlərinin aylıq qiyməti 18,99 dollardan 21,49 dollara yüksəlib. Reklamlı paketlərin qiyməti isə 11,99 dollardan 12,49 dollara çatıb.
Qeyd edək ki, yeni qiymətlər sentyabrın 23-dən etibarən yeni abunəçilər üçün qüvvəyə minib.
Mənbə:
news24.az