Elçin Hüseynov mədə kiçiltmə əməliyyatı etdirib, 45 kiloqram arıqlayıb
22 Sep 2026, 19:27
1 baxış
Admin
Müğənni Elçin Hüseynov 8 ay ərzində 45 kiloqram çəki itirib.
Sənətçinin mətbuat katibi Zəminə Rüstəmova bildirib ki, Elçin Hüseynovun arıqlamasına səbəb mədə kiçiltmə əməliyyatı olub:
“Çəkisi çox idi. Arıqlamaq istəyirdi. Ona görə də əməliyyat etdirdi. Əməliyyat olunandan 8 ay keçir. Yaxın aylarda bir ili tamam olacaq. Bu günə kimi 45 kiloqram çəki itirib”.
Zəminə Rüstəmova Elçin Hüseynovun səhhətinin normal olduğunu vurğulayıb: “Sağlamlığı ilə bağlı müalicə də olunur”. /Qaynarinfo.az/
Mənbə:
news24.az