Dünya

Netanyahu etirazlara görə ABŞ -yə səfərini qısaldacaq

22 Sep 2026, 16:20 1 baxış Admin
Netanyahu etirazlara görə ABŞ -yə səfərini qısaldacaq

İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-yə səfərini bir gün qısaldacaq.

News24.az xəbər verir ki, “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, Netanyahu Nyu-Yorkda Baş Assambleyada çıxış etdikdən sonra gecələmədən İsrailə qayıdacaq.

Məlumata görə, buna səbəb mümkün etirazlarla bağlı narahatlıqdır. Netanyahunun Nyu-Yorkun JFK hava limanı əvəzinə Nyu-Cersidəki hərbi hava limanına və ya Nyuark hava limanına enməsi ehtimalı da qeyd olunub.

Netanyahunun səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşməyəcəyi, Dövlət katibi Marko Rubio ilə görüşəcəyi bildirilib.

Həmçinin onun Texasda İlon Maskla planlaşdırılan görüşünün də ləğv edildiyi qeyd olunub.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər