Elza Seyidcahan yenə təəccübləndirdi:
21 Sep 2026, 12:51
1 baxış
Admin
Əməkdar artist Elza Seyidcahan bu dəfə də fərqli imici ilə diqqət çəkib.
“Bakupost” xəbər verir ki, sənətçi İçərişəhərdə Milli Geyim Günü münasibətilə keçirilən moda sərgisində görüntülənib.
Müxtəlif xalqların milli geyimlərinin nümayiş olunduğu tədbirdə Elza Seyidcahanın saç düzümü xüsusilə diqqət çəkib. Belə ki, sənətçinin başında sellofan paketə bənzər örtük olub.
E.Seyidcahanın bu görüntüləri sosial şəbəkədə də müzakirə edilib. İzləyicilərdən biri paylaşımın şərh bölməsində yumorla yazıb:
“Yəqin ki, Elza xanım bununla demək istəyir ki, yeri zibilləməyin, zibilləri çölə atmayın. Sonra onlar bizim gözəl vücudumuza, özümüzə qayıdır, ay insanlar”.
Lalə, BakuPost
Mənbə:
bakupost.az