Dünya

“Crocus”dakı terrorla əlaqəli şəxs ABŞ-də 20 illik həbs edildi

17 Sep 2026, 12:20 2 baxış Admin
“Crocus”dakı terrorla əlaqəli şəxs ABŞ-də 20 illik həbs edildi

2024-cü ildə Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da terror aktı ilə əlaqəli olan əfqanıstanlı Məhəmməd Şərifullah ABŞ-də 20 il müddətinə həbs edilib.

News24.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, o, “Crocus City Hall”a hücum zamanı terrorçulara AK və digər silahlardan istifadə qaydaları ilə bağlı təlimatlar verib və onlarla əlaqə saxlayıb.

Şərifulla 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması zamanı Kabildə törədilən partlayışın təşkilinə də dəstək verib.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Şərifulla 2016-cı ildən etibarən İŞİD-in 10-dan çox hücumunda iştirak edib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər