Cəmiyyət

Hərəkətdə olan maşının kapotunu açıb təmir etdi – Görüntülər təəccübləndirdi

17 Sep 2026, 11:50 3 baxış Admin
Hərəkətdə olan maşının kapotunu açıb təmir etdi – Görüntülər təəccübləndirdi

Türkiyənin Bursa şəhərində hərəkətdə olan avtomobilin kapotunu açaraq mühərriki təmir etməyə çalışan şəxs görüntülənib.

News24.az xəbər verir ki, hadisə Nilüfər rayonunun İzmir Yolu prospektində baş verib.

Məlumata görə, avtomobil hərəkətdə olarkən təmirçi kapotu açaraq mühərrik hissəsində yaranan nasazlığı aradan qaldırmağa çalışıb.

Təhlükəli anlar ətrafdakı şəxslər tərəfindən mobil telefon kamerası ilə qeydə alınıb. Görüntülərdə avtomobilin hərəkətdə olduğu və təmirçinin açıq kapotun arxasında mühərrik üzərində işlədiyi əks olunub.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər