Paşinyan sülh sazişinin necə razılaşdırıldığını açıqladı
17 Sep 2026, 11:54
2 baxış
Admin
Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar “X” anında mexaniki qarşılıqlılıq prinsipindən imtina etmək qərarından sonra uğurla başa çatıb.
News24.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Biz elə bir vəziyyətlə qarşılaşdıq ki, sülh sazişinin mətnini qarşılıqlı təklif üsulu ilə daha da yaxşılaşdırmaq imkanı qalmamışdı. Qarşımızda seçim yarandı: qarşılıqlılıq prinsipi əsasında bu bunu davam etdirmək, yoxsa fərqli məntiq formalaşdırmaq yoluna getmək. Biz bu mətnlə razılaşmaq qərarına gəldik. Qonşularımızla elə münasibətlər qurmalıyıq ki, qarşılıqlı sabitlik və iqtisadi rifah hər iki tərəf üçün faydalı olsun”, – deyə Paşinyan bildirib.
Mənbə:
news24.az