Cəmiyyət

ADMİU-dan "TikTok"dakı qalmaqalla bağlı AÇIQLAMA - VİDEO

16 Sep 2026, 12:15 3 baxış Admin
ADMİU-dan "TikTok"dakı qalmaqalla bağlı AÇIQLAMA - VİDEO

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birinci kurs tələbələri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər narazılığa səbəb olub. Belə ki, "TikTok" platformasında “leylakenan” adlı profildən canlı yayım edən şəxslərin universitetin birinci kurs tələbələrini aşağılayıcı ifadələrlə hədəfə aldığı iddia edilir.

News24.az məsələ ilə bağlı ADMİU-ya sorğu ünvanlayıb.

Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, təhsil müəssisəsi bu barədə məlumatlıdır: "

“Bu məsələ ilə bağlı universitetin məlumatı var. Həmin şəxslərdən biri - qız bizim tələbəmiz deyil, oğlan isə universitetimizin məzunudur. O, artıq universiteti bitirib.

Universitet hazırda məsələ ilə bağlı araşdırma aparır. Həmin şəxslər ali məktəbə girə bilməz. Çünki onlar nə tələbədir, nə də əməkdaş. Universitetə giriş-çıxışla bağlı tələbə və əməkdaşların qeydiyyatı aparılır və onların universitetimizə hər hansı əlaqəsi yoxdur.

Bununla belə, məsələ universitet daxilində də araşdırılır və bu istiqamətdə iş aparılır”, - deyə qeyd olunub.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər