Ağdamda minalanmış ərazidə yanğın başladı
17 Sep 2026, 09:53
2 baxış
Admin
Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu və Yusifcanlı kəndləri istiqamətində açıq ərazidə yanğın başlayıb.
"Bakupost" Trend-ə istinadla xəbər verir ki, yanğın minalanmış ərazidə qeydə alınıb.
Hadisə nəticəsində ərazidə alov və güclü tüstü müşahidə olunur.
Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən briqadanın cəlb olunduğu bildirilir.
Mənbə:
bakupost.az