"Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir"
14 Sep 2026, 10:44
5 baxış
Admin
"Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir".
News24.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.
O qeyd edib ki, süni intellektlə bağlı məsələlərin müzakirəsi üçün müftilərin xüsusi görüşü keçirilməlidir.
“Dindarlar bu mövzuda bizim fikirlərimizi gözləyirlər”, - deyə Allahşükür Paşazadə bildirib.
Mənbə:
news24.az