Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
13 Sep 2026, 14:36
12 baxış
Admin
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, sentyabrın 14-də çimərliklərdə cənub küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.
Mənbə:
news24.az