Cəmiyyət

Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir

12 Sep 2026, 20:16 13 baxış Admin
Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir

Azərbaycanda döl hamilə qadının qaraciyərində inkişaf edib.

News24.az xəbər verir ki, qadının ultrasəs müayinəsinin görütüntülərini radioloq sosial şəbəkədə paylaşıb.

O bildirib ki, tibbdə belə hallar olduqca nadir olsa da, mümkündür.

Bu zaman mayalanmış yumurta normal olaraq uşaqlığın daxilinə yerləşmək əvəzinə qarın boşluğunda, o cümlədən qaraciyərin səthində implantasiya edərək inkişaf etməyə başlayır.

Qaraciyər nahiyəsində ektopik hamiləlik ciddi və həyati təhlükə yaradan vəziyyət hesab olunur.

Hamiləlik vaxtında aşkarlanıb sonlandırılmadıqda ananın ölümü baş verə bilər. (Lent.az)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər