Qarışqa dərmanından zəhərləndi, xəstəxanalıq oldu
12 Sep 2026, 18:50
16 baxış
Admin
Ağdam rayonunda 30 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
"Bakupost" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini 1996-cı il təvəllüdlü Xəlilova Samirə Bəhruz qızı zəhərlənmə diaqnozu ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata əsasən, qadın qarışqaların məhv edilməsi üçün istifadə olunan dərmandan zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:
bakupost.az