Dünya

Tramp hər bir yetkin vətəndaşa 5 min dollar ödəyəcək – Qalib gəlsələr

10 Sep 2026, 12:40 18 baxış Admin
Tramp hər bir yetkin vətəndaşa 5 min dollar ödəyəcək – Qalib gəlsələr

ABŞ Prezidenti Donald Tramp, noyabr ayında keçiriləcək ara seçkilərdə Respublikaçılar Partiyası Konqresin hər iki palatasına nəzarəti ələ keçirərsə, hər bir yetkin vətəndaşa 5000 dollar dividend ödəyəcəyinə söz verib.
“Bakupost” xəbər verir ki, bunu Tramp Texasda Respublikaçılar Partiyasının seçki kampaniyası qurultayında çıxışı zamanı bildirib.
"Respublikaçılar həm Nümayəndələr Palatasında, həm də Senatda - hər iki palatada qalib gəlsələr, mən Amerika Birləşmiş Ştatlarının hər bir yetkin vətəndaşına 5000 dollar dividend ödəyəcəyəm", - deyə o qeyd edib.
Prezident əlavə edib ki, Demokratlar qalib gələrsə, ABŞ "kommunist ölkəsi"nə çevriləcək. O, həmçinin amerikalıları belə bir ssenaridə "cəhənnəm" gözləyəcəyinə söz verib.
Rüfət Sultan,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər