Trampdan amerikalılara 5 min dollarlıq sürpriz: Şərti açıqladı
10 Sep 2026, 10:42
18 baxış
Admin
ABŞ Prezidenti Donald Tramp amerikalılara 5 min dollar vəd edib.
News24.az xəbər verir ki, Tramp Konqres seçkilərində respublikaçıların qalib gələcəyi təqdirdə, yetkinlik yaşına çatmış hər bir amerikalıya 5 min dollar ödəniləcəyini bildirib.
Bununla belə, “Tramp dividendləri” adlandırılan bu vəsaitdən yalnız ABŞ ərazisində istifadə etmək mümkün olacaq.
Hesablamalara görə, ödəniş proqramının ABŞ büdcəsinə 1 trilyon dollardan çox vəsaitə başa gəlməsi mümkündür.
Mənbə:
news24.az